Rusiya Ukraynaya hücum edəcəkmi? - I ssenari

Rusiya Ukraynaya hücum edəcəkmi? - I ssenari

İlkin ssenariyə əsasən, Rusiya və Ukrayna sərhədində eskalasiyanın müharibəyə çevrilməsi gözlənilmir.

Miq.Az xəbər verir ki, bu barədə "Fitç" beynəlxalq reytinq agentliyində dərc olunan hesabatda bildirilib.

"İşğalın strateji hesablanması qeyri-müəyyən olaraq qalır və bizim ilkin ehtimalımıza görə, vəziyyətin Ukrayna ilə genişmiqyaslı müharibəyə qədər gərginləşməsi gözlənilmir", - hesabatda deyilir.

"Fitç" analitikləri hesab edir ki, Rusiya hərbçilərinin Ukrayna ilə sərhəddə cəmləşməsi ilə bağlı məlumat geosiyasi və sanksiya risklərini artırır.

Qeyd edək ki, ABŞ kəşfiyyatı Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxilə etməyi planlaşdırdığını iddia edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az