Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, iki ölkə Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın üzərində işləyir.
İranın nüvə proqramından danışan S.Lavrov bildirib ki, İran ilə bağlı razılaşmanın tezliklə qüvvəyə minməsini gözləyir.
Öz növbəsində M.C.Zərif vurğulayıb ki, iki tərəf "Fordo" nüvə obyekti üzrə əməkdaşlıq edəcək: "Müqavilə ilə müvafiq həyata keçirəcəyimiz, o cümlədən izotopların istehsalı ilə bağlı razılaşmalar mövcuddur".
İkitərəfli əməkdaşlıq haqqında danışan Rusiya XİN rəhbəri qeyd edib ki, onlar dinamik şəkildə inkişaf edir, eləcə də əlavə edib ki, ölkələr viza rejiminin sadələşdirilməsi ilə bağlı işləri sürətləndirmək razılığına gəlib.
Görüş zamanı nazirlər həmçinin Suriya məsələsinə də toxunub. M.C.Zərifin sözlərinə görə, İran Suriya məsələsində Rusiyanın mövqeyini dəstəkləyir.
"Report"
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL