Rusiyada 8-ci sinif şagirdi olan azərbaycanlı qız hamilə qaldı

Rusiyada 8-ci sinif şagirdi olan azərbaycanlı qız hamilə qaldı
Rusiyanın Peterburq şəhər polisi Ramazan adlı azərbaycanlını axtarışa verib.

Miq.az Lent.az-a istinadən  xəbər verir ki, Ramazan 8-ci sinif şagirdi olan azərbaycanlı qızın bir qədər sonra dünyaya gətirəcəyi övladının atasıdır.

Söhbət ondan gedir ki, adı çəkilməyən 8-ci sinif şagirdi bu günlərdə Peterburqun Staropeterqofsk rayonunda yerləşən ailə məsləhətxanasına müraciət edib. Müayinə nəticəsində məlum olub ki, qız 7 aylıq hamilədir. O, Ramazan alı şəxslə tanış olduğunu və ondan hamilə qaldığını bildirib.

Polis qızın anasıyla görüşüb. Amma maraqlısı odur ki, anası polisə ərizə verməkdən imtina edib. Bununla belə, polis yetkinlik yaşına çatmamış şəxslə cinsi əlaqədə olduğuna görə, Ramazan barədə axtarış elan edib.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az