Rusiyanın bu addımı Türkiyədə səs-küyə səbəb oldu: Ankaradan SƏRT REAKSİYA - FOTO

Rusiyanın bu addımı Türkiyədə səs-küyə səbəb oldu: Ankaradan SƏRT REAKSİYA - FOTO

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada terror təşkilatı PKK-nın Suriya qanadı YPG ilə görüşüb. Bu səfərdən sonra Türkiyə XİN-dən verilən yazılı açıqlamada terror təşkilatı PKK/YPG-nin nəzarətində olan bir qrupun Rusiya hakimiyyəti tərəfindən yüksək səviyyədə qəbul edilməsinin narahatlıqla qarşılandığı qeyd edilib.
 
Bəşər Əsəd administrasiyası ilə PKK-nın Suriya qanadı YPG arasında vasitəçilik edən Rusiyadan yeni addım gəlib.
 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü Moskvada PKK/YPG liderlərindən İlham Amedin başçılıq etdiyi nümayəndə heyətini yüksək səviyyəli protokolla qəbul edib.
 
Digər tərəfdən, Ankara PKK/YPG-nin Moskvaya səfərinə sərt açıqlama ilə reaksiya verib. Türkiyə XİN-dən verilən yazılı açıqlamada terror təşkilatı PKK/YPG-nin rəhbərliyi altında "Suriya Demokratik Şurası” adlanan ünsürlərdən ibarət bir qrupun Rusiya Federasiyasına dəvət edilməsi və Rusiya Federasiyası tərəfindən rəsmi protokolla qəbul edilməsinin narahatlıqla qarşılandığı bildirilib.(kanal.az)
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az