T. İsmayılov: " Hüquq-mühafizə orqanları mənə və rəhbərlik etdiyim şirkətə heç bir irad bildirməyiblər”
Azərbaycan əsilli Rusiya biznesmeni Telman İsmayılova məxsus “AST” şirkətinin Moskvadakı ofislərinin birində axtarış aparılır.
Bu barədə “İnterfaks” agentliyi Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadla xəbər verib.
Axtarışa xüsusi təyinatlı polis dəstəsi dəstək verir.
Xatırladaq ki, bundan əvvəl Baltika gömrüyü ilə bağlı cinayət işi bərpa edilib.
Həmin iş qaçaqmalçılığın kriminal cinayətlər sırasından çıxarılması ilə əlaqədar bağlanmışdı.
Yüksək vəzifəli məmurların adının keçdiyi həmin cinayət işində yeni ittiham gömrük rüsumunu ödəməkdən yayınmaqdır.
Bundan əvvəl T.İsmayılova məxsus böyük ticarət mərkəzi – “İzmaylov bazarı” bağlanmışdı.
T. İsmayılov isə “İnterfaks”a bildirib ki, hüquq-mühafizə orqanları ona və rəhbərlik etdiyi şirkətə heç bir irad bildirməyiblər: " Hüquq-mühafizə orqanları mənə və rəhbərlik etdiyim şirkətə heç bir irad bildirməyiblər, belə bir problem yoxdur. Mətbuatda yoxlama aparıldığı yazılan şirkətin isə mənim rəhbərlik etdiyim AST şirkətinə heç bir aidiyyatı yoxdur”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR