S-400-lərin Rusiyadan Türkiyəyə çatdırılmasının ikinci mərhələsinə başlanılıb

S-400-lərin Rusiyadan Türkiyəyə çatdırılmasının ikinci mərhələsinə başlanılıb
Rusiyadan "S-400” havadan müdafiə sisteminin ikinci batareya və avadanlıqlarının Türkiyəyə gətirilməsinə başlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, batareya və avadanlıqları gətirən Rusiyanın yük təyyarəsi bu gün Ankaraya enib.
Çatdırılmanın bir ay ərzində davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Rusiyadan Türkiyəyə "S-400” tədarükünün ilk mərhələsinə iyulun 12-də başlanıb.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az