Şagird sinif yoldaşına tüfənglə atəş açdı - Bakıda

Şagird sinif yoldaşına tüfənglə atəş açdı - Bakıda

Bakıda əyləncə mərkəzində orta məktəb şagirdi xəsarət alıb.

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə B. Nuriyev küçəsi 2 ünvanında yerləşən "Akvarium” əyləncə mərkəzində qeydə alınıb. Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Hüseyn Mübariz oğlu Baxşəliyevin əlində olan tir tüfəngindən açılan atəş nəticəsində 13 yaşlı Aysel Nicat qızı Allahverdiyeva boğaz nahiyəsindən xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır. (APA)

Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Polisdən həmçinin bildirilib ki, H. Baxşəliyev və A. Allahverdiyeva 76 saylı orta məktəbin şagirdləridir. Onlar 6-cı sinifdə oxuyurlar. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az