Sarkisyandan Azərbaycanla bağlı ETİRAF: “Qarabağda sabah...”

Sarkisyandan Azərbaycanla bağlı  ETİRAF: “Qarabağda sabah...”
"Beynəlxalq ictimaiyyət 20 il boyunca Dağlıq Qarabağ və digər əraziləri Azərbaycan torpağı olaraq qəbul edir. Nə vaxt "status-kvo”dan danışılır, o zaman, ərazilərin hüquqi sahibinin Azərbaycan olduğu deyilir və qeyd olunur ki, bölgədə münaqişə davam edir. Azərbaycan daim vurğulayır ki, "biz ərazi bütövlüyümüzün bərpası üçün bütü arsenalımızı tətbiq etmək hüququna malikik”. Ermənistandan fərqli olaraq, Azərbaycanın hər sözü beynəlxalq hüquq tərəfindən tanınır. Lakin Ermənistanın Qarabağ üzərində hansı hüququ var? Bu məsələ haqda heç kim danışmır”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanda milli tədqiqatlar mərkəzinin direktoru, politoloq Manvel Sarkisyan deyib.

Sarkisyan Ermənistanın əsas probleminin bu, olduğunu bildirib.

Erməni politoloq XİN rəhbəri Edvard Nalbandyanın "bu ilin sonuna kimi Qarabağı (qondarma "DQR”- red.) bir ölkə tanıyacaq” açıqlamasının pafos olduğunu da bildirib.

"Nalbandyan Qarabağın tanınması üçün hansısa strategiyanın olmasından danışarsa, deməli bu yalandır. Hər kəsdən öncə Ermənistanın özü bunu tanımalıdır. Tanımayacağıqsa, sabah daha pis olacaq və hər şeyi itirəcəyik”, - deyə o bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az