Güney azərbaycanlı yazar Sayman Aruz “Vətəninfo.az”a zəng vuraraq saytımızda onunla bağlı gedən məlumata etirazını bildirdi. Yazar diqqətə çatdırdı ki, həmin məlumatda onun haqqında deyilənlərin əsası yoxdur: “Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan Şöbəsi 3 ildir ki, yaradılıb. 7 aydır ki ofislə təmin olunub. Həmin şöbənin müdiri də mənəm. Həmin ofisin məndən başqa rəsmi olaraq 1 xanım əməkdaşı da var”. Yazıda göstərildiyi kimi “Güney Azərbaycan Öyrənci Hərakatı”nın internet saytına açıqlama vermədiyini deyən S.Aruz diqqətə çatdırdı ki, Modern.az saytının ondan aldığı müsahibə “Öyrənci” də yerləşdirilib: “`Heç kimin başqasını dırnaqarası şair kimi qələmə verməsi düzgün deyil. Dırnaqarası şairin kitabları çap olunarmı? Əksinə Səbri Təbrizi özü dırnaqarası professordur. O, professor yox, doktordur. “Güney Azərbaycan Fondu”nun təsisçisi mənəm.Təbrizinin bura heç bir dəxli yoxdur. Ümumiyyətlə Qulamrza Səbri Təbrizi heç bir qurumun rəhəri deyil. Bu informasiyanı verənlər Cənubi Azərbaycanın düşmənləridir. Qulamrza Səbri Təbrizi adında adamı Güney Azərbaycanda heç kim tanımır. Onun siyasətçi, ədəbiyyatçı olması hələ bəlli deyil”.
Əli
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR