Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.
Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, nazir Azərbaycanla ABŞ arasında əlaqələrdən söz açaraq bu münasibətlərin bir çox sahələrdə inkişaf etdiyini bildirib.
Ə.Qarayev ABŞ səfirliyinin mədəniyyətlə bağlı layihələrə diqqətini, eləcə də səfir Robert Sekutanın ölkədə keçirilən mədəniyyət tədbirlərində fəal iştirakını xüsusi vurğulayıb.
ABŞ səfiri də öz növbəsində əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümid etdiyini deyib. Diplomat Azərbaycanda maraqlı mədəniyyət və turizm tədbirlərinin keçirildiyini və onların bir çoxuna qatılmasından məmnunluğunu bildirib.
Səfir qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərə aid fərqli dilləri və mədəni irsi olan xalqlar bir arada sülh şəraitində yaşayır və bu, Azərbaycanın tolerant ölkə olduğunu nümayiş etdirir.
Nazir Əbülfəs Qarayev Azərbaycanın həm mədəniyyət, həm də turizm sahəsində qarşılıqlı əlaqələrə böyük önəm verdiyini diqqətə çatdıraraq bu əməkdaşlıq zəminində ölkəmizin ABŞ-da müxtəlif sərgilərdə, mədəniyyət tədbirlərində iştirakından danışıb.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm əlaqələri müzakirə olunub, perspektiv planlar ətrafında fikir mübadiləsi aparılıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL