"Bakı dairəvi-1" avtomobil yolunun 12-ci kilometrliyində yol qəzası baş verib. Avtomobil qəzası zamanı yol təsərrüfatına ciddi ziyan dəyib.
VİZUAL.az xəbər verir ki, Azəryolservis ASC-nin mətbuat xidmətindən ANS-ə verilən məlumata görə, "Bakı dairəvi-1" avtomobil yolunun Lökbatan dairəsi istiqamətindən şəhərə doğru hərəkətdə olan "Shagman” markalı 90- VU- 596 dövlət nömrə nişanlı sement daşıyan yük maşını yol ayrıcında olan əyri-xətli dəmir tirləri və işıq dirəyini dağıdaraq dayanıb. Hadisə xasarətsiz ötüşsə də dəmir arakəsmələrə ciddi zərər dəyib.
Ağır tonnajlı yük maşınını idarə edən sürücü Rəşad İsmayılovun sözlərinə görə, yük maşınını idarə edərkən sükan arxasında yuxulayıb və bir anlıq idarəetməni itirib. Bu zaman isə qəza baş verib. Nəticədə isə təqribən 100 paqon-metr əyri-xətli dəmir tirlər və 1 işıq dirəyi sıradan çıxıb.
Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 13 min manata yaxın ziyan dəyib.

Qəza anını əks etdirən foto
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri