“Yazdıqlarım Gülər Əhmədovaya qarşı irəli sürülən ittiham yox, olan faktlardır. Anamın ölümünün, şəhərdən qaçırılmasının səbəbkarı odur. O anama dedi ki, 3 günlük gedirsən, Ramiz Mehdiyevlə danışacağam, hər şey yaxşı olacaq. Sonra gələcəksən, elə olacaq, belə olacaq. Anam orada olarkən mən dəfələrlə Gülərə zəng vurmuşam. Demişəm, anamı necə göndərmisən, elə də geri gətizdir. Sən niyə evində rahat yaşayırsan, anam niyə orada qalmalıdır? Demişəm ki, anam neyləyib ki, pulu alıb gətirib sənə verib. Neyləmisinizsə, gedin öz probleminizi özünüz həll edin. Mən bunu Gülər Əhmədovaya dəfələrlə demişəm. Hər dəfə mənə deyirdi ki, səbirli ol, hər şey yaxşı olacaq”.
Bunu AzadlıqRadiosuna adı Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin yaydığı gizli korrupsiya videosu qalmaqalında vasitəçi kimi təqdim edilən, dekabrın 26-da isə İstanbulda vəfat edən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov deyib:
“Mən prokurorluğa neçə vaxt bundan əvvəl bildirmişəm ki, mənim anamı şəhərdən Gülər çıxardıb, bütün məsuliyyət onun üstünə düşür”.
Ayxan Məmmədov onu da deyib ki, anası Bakıdan İstanbula sentyabrın 25-də öz sənədi ilə gedib: “Onun başqa sənədi olmayıb”.
Ayxan Məmmədov anasının ölümünün araşdırılması ilə bağlı prokurorluğa müraciət edəcəyini də bildirdi: “Dünən prezidentin saytına da məktub yazmışam. Xahiş etmişəm ki, bu işə ciddi yanaşılsın”.
"Vətəninfo.az"
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR