"Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevə heç bir rəqib yoxdur", bunu cümə günü Trend-ə Müsavat Partiyasının Məclisinin İsa Qəmbərin prezidentliyə namizəd kimi irəli sürməsini şərh edərkən hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.
"Azərbaycan xalqı bütövlükdə İlham Əliyevi dəstəkləyir, onun gördüyü işləri, apardığı siyasəti, islahatları dəstəkləyir. Bu da seçkilərdə özünü göstərəcək və hansı namizədlərin irəli sürülməsindən asılı olmayaraq səsvermə hüququ olan vətəndaşlar yekdilliklə İlham Əliyevə səs verəcəklər", - o bildirib.
Novruzov qeyd edib ki, Müsavat Partiyası Məclisinin qərarı bir daha İsa Qəmbərin vahid namizəd kimi qəbul olunmamasını sübut etdi. "Müsavatın qərarı bir daha onu göstərdi ki, İsa Qəmbəri Azərbaycan müxalifətində heç bir partiya, heç bir ictimai qurum vahid namizəd kimi qəbul etmir", - Novruzov deyib.
Qeyd edək ki, Müsavat Partiyası bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak barədə qərar verib. Müsavat Divanının prezident seçkilərində iştirakla bağlı tövsiyələrini məqsədəuyğun hesab edən Məclis partiyanın başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsinə də qərar verib.
Xatırladaq ki, Azərbaycanda prezident seçkisinin bu ilin payız aylarında keçirilməsi planlaşdırılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR