“Hansı partiya, siyasi təşkilat sədri ilə görüş keçirmək səfirliyin öz işidir”. "Vətəninfo.az"-ın məlumatına görə,Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov dünən ABŞ səfirliyində səfir Ricard Morninqstarın Azərbaycanda fəaliyyət göstərən 5 müxalifət partiyasının - Müsavat, Xalq Cəbhəsi, Demokrat, Liberal və Ümid partiyalarının sədrləri ilə qapalı görüşünü şərh edərkən bildirib.
YAP rəsmisinin sözlərinə görə, həmin görüşə digər partiyaların, o cümlədən, hakim partiyanın nümayəndələrinin dəvət olunmamasında da qeyri-adi heç nə yoxdur: “Bu, səfirliyin öz işi, daxili məsələsidir, özləri kiminlə istəyirlər, onunla da görüşürlər. Yəqin ki, digər partiyalarla, qeyri-hökumət təşkilatları ilə görüşəcəklər. Hər halda bu, onlardan asılı olan məsələdir. Biz bu məsələyə qarışa bilmərik”.
“Bəs nədən, ancaq 5 müxalifət partiyası, digər müxalifət partiyaları niyə görüşə dəvət edilməyiblər” sualına cavabında isə S. Novruzov “yaxşı olar ki, bu sualı səfirin özünə verin”-deyə, bildirib.
Kamil
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR