Somalidəki atışmada azərbaycanlı qadın öldürüldü: İki oğlu yaralandı

Somalidəki atışmada azərbaycanlı qadın öldürüldü: İki oğlu yaralandı
Xəbər verdiyimiz kimi, Somalinin paytaxtı Moqadişo yaxınlığında naməlum silahlılar içərisində Türkiyə və Azərbaycan vətəndaşları, eləcə də yerli sakinlər olan xidməti avtomobilə hücum ediblər.

Miq.az APA-nın məlumatına istinadən xəbər verir ki, müəllim və şagirdləri daşıyan mikroavtobusa silahlı hücum zamanı həlak olan və xəsarət alan Azərbaycan vətəndaşlarının Göyçay rayon sakinləri olduğu müəyyənləşib.

Hadisə zamanı Göyçayın Ləkçiplaq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı ölüb, onun iki oğlu - 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır bədən xəsarətləri ilə paytaxt xəstəxanalarından birinə yerləşdirilib.

Hadisə barədə xəbər tutan Kəmalə İsmayılovanın həyat yoldaşı İsmayılov Əflatun Veysəl oğlu koma vəziyyətinə düşüb.

                                         
                                                           *****
 Mərhumun yaxını Zöhrab İsmayılovun ans press-ə verdiyi məlumata görə, 34 yaşlı K.İsmayılov Mingəçevirdə müəllimlər institunu bitirib. Həyat yoldaşı Əflatun İsmayılov isə Türkiyədə təhsil alıb. "Onlar evlənəndən sonra Əflatun Türkiyədə çalışıb. Türkiyə-Rusiya münasibətləri korlandıqdan sonra isə turizm sahəsində işləri yaxşı getməyib. Buna görə də ailəsi ilə birlikdə Somaliyə gedib. Orada Türk Hava Yollarında çalışıb. Qadın isə müəllimə işləyirdi". 

Onun sözlərinə görə, qadının yanında onun uşaqları - Nihad və Nicat İsmayılovlar da olub. Uşaqlar terror aktı zamanı xəsarət aldıqları üçün xəstəxanaya yerləşdiriliblər. 

Somalinin paytaxtı Moqadişi şəhərində ötən gün Türkiyə səfirliyinin yaxınlığında məktəb mikroavtobusu a təşə tutulub. Kiçik tutumlu avtobusun gülləboran olunması nəticəsində altı nəfər həlak olub. Daha dörd nəfər yaralanıb. Ölənlərdən ikisi Türkiyə, biri Azərbaycan, üçü isə Somali vətəndaşları olub. 
 
Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az