"Söyün Sadıqovun Azərbaycan adından ermənilərlə görüşməsi yolverilməzdir"
Qarabağın erməni və azərbaycanlı icması arasında yeni görüş planlaşdırılıb.
"Vətəninfo.az"-ın məlumatına görə,bu barədə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü, millət vəkili Rövşən Rzayev bildirib. Onun sözlərinə görə, hazırda görüşün baş tutması üçün fəaliyyət göstəririlər. R.Rzayev görüş barədə daha detallı məlumatın bir müddət sonra veriləcəyini qeyd edib.
Millət vəkili Moskvada “Oliqarxlar ittifaqı”nın erməni diasporu ilə görüşünü tənqid edib. O bildirib ki, Söyün Sadıqovun Azərbaycan adından ermənilərlə görüş keçirməsi yolverilməzdir. “Dağlıq Qarabağ İcması belə bir təşəbbüslə çıxış edib. Amma Söyün Sadıqov kimi şəxslərin bu işlərə müdaxilə etməsinin əleyhinəyik. Onun bu barədə danışmağa mənəvi haqqı yoxdur. Belə görüşlər yalınız Azərbaycan vətəndaşı olan şəxslərlə Dağlıq Qarabağ erməniləri arasında keçirilməlidir. Belə bir görüşün keçirilməsi gündəlikdə var. Bu yöndə iş gedir, çox ciddi səylər göstərilir. Biz bildirmişik ki, istənilən formatı qəbul etməyə hazırıq”.
R. Rzayev onu da qeyd edib ki, ictimai nümayəndələr ilə görüşlər üçün hər iki ölkənin prezidentləri razılığa gəlməlidirlər: “Hazırda Ermənistan rəhbərliyi bu görüşlərin əleyhinədir. Onlar bu formada görüşü keçirməyi istəmirlər. Lakin Dağlıq Qarabağın erməni icması ilə görüş keçirməsi gündəmdə qalır“.
Kənan
"Vətəninfo.az"
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR