Tanışının evinə basqın edən Sumqayıt sakinlərinin şikayətləri təmin edilməyib-FOTOLAR

Tanışının evinə basqın edən Sumqayıt sakinlərinin şikayətləri təmin edilməyib-FOTOLAR

Bakı Apellyasiya Məhkəməsində Sumqayıt şəhər sakinləri Rafiq Həsənovun (1978-ci il təv.) və Sənan Kərimduxtun (1989-cu il təv.) CM-nin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.4-cü (quldurluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Miq.az-ın məlumatına görə, bu ilin fevral ayında Sumqayıt şəhərində Rafiq Həsənov yeyib-içdikdən sonra dostu Sənan Kərimduxta quldurluq etməyi təklif edib. Sonuncu əvvəl razılaşmasa da, sonra fikrindən daşınıb. Birlikdə 45-ci kvartal, ev 93 mənzil 14-ə yollanaraq tanışı Ceyhun Məmmədovun evə qayıtmasını gözləyiblər. Liftin yanında tanışının başından rezin dəyənəklə zərbələr vurduqdan, sonra onlar Məmmədovu huşsuz vəziyyətdə mənzilə salıblar. Əl-qolunu bağlayıb, evdə axtarış aparan dostlar 480 manat pul və qızıl-zinyət əşyalarını ələ keçiriblər.

İş üzrə dindirilən Rafiq Həsənov bildirib ki, o zərərçəkmişin evində 50.000 manat pul olduğunu zənn edərək, bu işə əl atıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar hökmdən apellyasiya şikayətləri verərək, cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Bakı Apellaysiya Məhkəməsi şikayətləri təmin etməyərək, birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az