Bu barədə İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrum (Mansour Airoum) deyib.
Onun sözlərinə görə, qarşılıqlı ticarətin inkişafı üçün gömrük-keçid məntəqələrindən keçid prosesinin daha da asanlaşdırılması zəruridir: "Naxçıvanın Poldəşt gömrük kompleksinin yenidən qurulmasından sonra bu əlaqələr daha da inkişaf edəcək. "Maku" Azad Ticarət və Sənaye Zonası xarici, xüsusilə Naxçıvan Muxtar Respublikasının investorları üçün ideal investisiya bölgəsidir. Eyni zamanda, "Araz" Azad Ticarət Zonasının da Naxçıvanla əməkdaşlıq etməsi üçün geniş imkanları var. Bundan əlavə, Naxçıvanda son illərdə iqtisadi sahədə inkişaf və yaranmış müsbət əməkdaşlıq imkanları da əlaqələrin daha da möhkəmlənməsinə müsbət zəmin yaradır”.
M.Ayrum Naxçıvanın və İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasında mövcud olan mədəni və dil ortaqlıqlarına da toxunaraq, tərəflər arasında əlaqələrin inkişafında bu amilin əhəmiyyətinə də toxunub: "Şəhriyar, Şəms, Qətran kimi tanınmış söz sahibləri Təbriz şəhərinin yetirmələridirlər. Təbriz şairlərinin hamısı fars dilində yazmaqla yanaşı, Azərbaycan dilində də yazaraq öz ana dilinə xüsüsi önəm verirdilər. Təbriz əhalisinin bugünkü dili Azərbaycan türkcəsidir”.
"Report”