"Təkcə Odessanı tutmaq üçün yaxşı təlim keçmiş 200-300 minlik qruplaşma gərəkdir..."
"Onlar artıq bu gün çağırılanları dərhal döyüşə atırlar, çünki cəbhə xəttində fəlakət var - gündə bir batalyona qədər şəxsi heyət itirirlər...”
"Onlar artıq bu gün çağırılanları dərhal döyüşə atırlar, çünki cəbhə xəttində fəlakət var - gündə bir batalyona qədər şəxsi heyət itirirlər...”
Hərbi ekspert Oleq Jdanov "qismən səfərbərlik"dən sonra Rusiya ordusunun Odessa və Xarkovu ələ keçirmək riskini qiymətləndirib.
Moderator.az "UNİAN"a istinadla xəbər verir ki, ekspert bununla bağlı fikirlərini "YouTube"-da bildirib.
"Şanslar Rusiya üçün minimaldır, perspektivlər də çox minimal və olduqca acınacaqlıdır. Odessaya getmək üçün Rusiya Federasiyası faktiki olaraq yeni ordu formalaşdırmalıdır. Çünki Ukraynada döyüşən Rusiya hərbçiləri o qədər tükənib və əzilib ki, itkilərin yerini doldurmaqla döyüş qabiliyyətini bərpa etmək mümkün deyil. Bunun üçün yaxşı təlim keçmiş və ağır silahlarla yaxşı silahlanmış 200-300 minlik qruplaşma gərəkdir”- deyə o, əlavə edib.
"Mən onların sabah Xarkova və ya Odessaya hücuma gedəcəkləri barədə danışmazdım. Bunu ancaq fərz etmək olar ki, guya 2023-cü ilin yay kampaniyasıdır və ruslar belə bir ordunu toplayıb, təchiz edib və ona təlim keçə biliblər... Onlar artıq bu gün çağırılanları dərhal döyüşə atırlar, çünki cəbhə xəttində fəlakət var - gündə bir batalyona qədər şəxsi heyət itirirlər”, - deyə Jdanov vurğulayıb.
Xatırladaq ki, dünən "Blumberq” analitik nəşrinin Kremldəki mənbələrinə istinadla yaydığı məlumatda Putin rejiminin hələ də səfərbərlikdən sonra Ukraynanın içərilərinə doğru irəliləməyə, Odessa və Xarkov da daxil olmaqla, əhəmiyyətli şəhərləri tutmağa ümid etdiyi bildirilib.
Sultan Laçın