“Tərtər işi” ilə bağlı 18 nəfər barəsində son kassasiya qərarı ləğv edilib” –Baş Prokuror
"Tərtər işi” ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.
Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Kamran Əliyev bildirib ki, hazırda istintaq davam etdirilir, qanunun tələb etdiyi bütün zəruri tədbirlər yerinə yetiriləcək.
K.Əliyev bildirib ki, Ali Məhkəmənin plenumunda Azərbaycan Respublikası Baş Prokurorunun "Tərtər işi” ilə bağlı ərizəsi təmin olunub.
Baş prokuror qeyd edib ki, məhkəmənin qərarı ilə 18 nəfər barəsində iki cinayət işi üzrə son kassasiya qərarı ləğv edilib. İş yenidən baxılmasını üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.