Bakıda tikinti şirkətinə quldur basqını olub.
Hadisə avqustun 28-də gecə saat 04:00 radələrində baş verib. Belə ki, naməlum şəxslər "Qaraçay” tikinti şirkətinin ofisinə soxularaq oradan içi pulla dolu olan seyfi aparıblar.
Xətai Rayon Polis İdarəsindən vesti-az-a verilən məlumata görə, basqınçılar ofisin mühafizəçisi, 1948-ci il təvəllüdlü Zama Əbdülseyid qızı Bəşirovanı bıçaqla hədələyərək onun əl-qolunu bağlayıblar. Daha sonra ofisə girərək içində 50 min manat və şirkətin sənədləri olan seyfi oğurlayıblar.
Basqınçıların şəxsiyyəti hələ müəyyən edilməyib. Polis faktla bağlı araşdırma aparır.
Virtualaz.org
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”