Fransanın Normandiya bölgəsinin rəhbərliyi maraqlı addım atıb.
Belə ki, son 20 ildə gənclərin şəhərlərə köçməsi hökuməti ciddi problemlə üz-üzə qoyub. Bu səbəbdən 338 nəfərin yaşadığı kiçik kənddə yenidən həyatı canlandırmaq üçün kənd bələdiyyəsi 10 gün öncə ciddi qərar qəbul edib. Bələdiyyə bölgənin Şamp du Boult adlı kiçik kənddində min metrlik dörd torpaq sahəsini sudan da ucuz, Azərbaycan valyutası ilə 1 manat 20 qəpiyə satışa çıxarıb.
8 ildir boş qalmış və satılmayan torpaqların bir sotunun bir avroya satılmasının mediada yayılması torpaqlara tələbatı artırıb. Kənd bələdiyyəsi bildirib ki, son 8 ildə sotu 12 avrodan satışa çıxarılan torpaqları almaq üçün iki nəfər müraciət etdiyi halda, bu gün 200 nəfər həmin sahələri almaq istəyir.
İngiltərənin Tayms qəzeti də bu xəbərə öz səhifələrində xüsusi yer ayırıb. “Xüsusilə İngiltərə və Belçikada torpağa olan maraq çox yüksəkdir və avropalılar bu səbəbdən Fransa çölündə ərazi sahibi olmaq fürsətini qaçırmaq istəmirlər”-deyə nəşr qeyd edib.
Fransa da torpağın sotu 1,2 manata satışa çıxarıldığı halda Azərbaycanda isə rəqəmlər fantastikdir.
Nümunə üçün qeyd edək ki, Bakında torpağın qiyməti 5-100 min manat arası dəyişir.
Rayonlarımızda isə ən ucuz torpağın qiyməti 1000 manatdan aşağı deyil.
azvision.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR