Tramp Rusiyaya qarşı yeni sanksiyalar barədə qanun imzalayıb
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalara barədə qanun imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə çərşənbə günü, avqustun 2-də, Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, iyulun 27-də ABŞ Senatı Rusiya, İran və KXDR-ə qarşı sanksiya siyahısını genişləndirilməsi barədə qanun layihəsi qəbul edib. 98 senator sənədin lehinə, 2-si isə əleyhinə səs vermişdi.
Sənəddə Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etdiyinə, Suriyada Əsəd rejimini dəstəklədiyinə və ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsinə görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi nəzərdə tutulur.
Miq.az