Trampdan Rusiyaya "müharibə" qərarı
Sanksiyalar qəbul edildi
ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsi barədə Konqresin qəbul etdiyi qanunu imzalayıb.
İstiPress-in "gazeta.ru"ya istinadla verdiyi məlumata görə, bu barədə vitse prezident Mayk Pens bildirib.
"Prezident Rusiyaya qarşı sanksiyaları imzalayıb. Biz onun ləğvini istəyirik. Amma bu ancaq Rusiyanın üzərinə götürdüyü öhdəlikləri icra etməsindən sonra mümkündür. Ancaq Rusiyanın son diplomatik addımları təəssüf ki, bunun əksini göstərir", deyə o Tiflisdə jurnalistlərə açıqlama verib.
Sanksiya barədə qanun layihəsi Senat və nümayəndələr palatasında təsdiqlənmişdi. Yeni sanksiyalar 2014-cü ildən indiyədək Rusiyaya qarşı tətbiq edilən sanksiyalar paketindən daha miqyaslı və kompleksli olduğu deyilir.
Azərbaycanaın şimal qonşusuna qarşı sanksiyalar 2014-cü ildə Krımın ihlaqından sonra tədbiq edilib. Daha sonra ABŞ-ın sanksiyalarına Avropa Birliyi ölkələri, kanada və başqa dövlətlər də qoşulub.
Miq.az