Tural Abbaslı: “Hazırda favorit namizəd İlham Əliyevdir”
Ağ Partiyanın sədri Tural Abbaslı qarşıdan gələn növbədənkənar prezident seçkiləri ilə bağlı proqnozunu açıqlayıb.
Bu barədə Pravda.az-a danışan T.Abbaslı düşünür ki, növbədənkənar prezident seçkilərinə irəli sürülən namizədlər arasında ən şansılısı Prezident İlham Əliyevdir:
"Hələlik, 7 namizəd var. Doğrudur, hələ namizədliyin irəli sürülməsi prosesi davam edir. Ağ Partiya da daxil olmaqla, bəzi partiyaların hələlik qərarları yoxdur. Hazırda favorit Prezident İlham Əliyevdir. Alternativlər tam namizədliklərini versinlər, proses bitsin, bundan sonra dəyərləndirmək daha obyektiv olar”.