Türkiyə parlamentində erməni deputat belə susduruldu - VİDEO

Türkiyə parlamentində erməni deputat belə susduruldu - VİDEO
Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında "erməni soyqırımı” mübahisəsi zamanı qarşıdurma baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Xalqların Demokratik Partiyasından (HDP) olan erməni millət vəkili Qaro Paylanın çıxışı zamanı yaşanıb.
Erməni millət vəkili Konstitusiyaya təklif edilən dəyişikliklərdə yer alan 11-ci maddə ilə bağlı HDP qrupu adından çıxışı zamanı ermənilərin "soyqırımlar”la yox edildiyini iddia edib: "Erməni xalqı başına nə gəldiyini bilir. Mən atamın başına nə gəldiyini bilirəm. Keçmişdən dərs çıxararaq gələcəyə baxaq”.
Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Əhməd Aydın erməni həmkarına "sözlərinizdə düzəliş edin!” şəklində xəbərdarlıq edib. Xəbərdarlığa baxmayaraq, Paylan çıxışını eyni tonda davam etdirib. Millət vəkilləri Paylana çıxışını başa çatdırmasına icazə verməyiblər.
HDP isə digər partiyaları Paylanın danışmağına icazə verməməkdə ittiham ediblər. Daha sonra millət vəkilləri erməni həmkarının parlamentin 3 iclasına buraxılmaması haqqında qərar qəbul ediblər.
 

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az