Türkiyə və Yunanıstan liderlərindən qarşılıqlı sərt açıqlamalar

Türkiyə və Yunanıstan liderlərindən qarşılıqlı sərt açıqlamalar

Türkiyə Prezidenti, həmçinin Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının qərargahında etdiyi çıxışda son günlər Yunanıstanla yaşanan gərginliyə toxunub, sərt açıqlamalar verib.

Yeniavaz.com "Sözcü”yə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan partiyasının qərargahında keçirilən yığıncaqda çıxış edərkən belə deyib:

"Qərbi Trakya və adalarda yığılan silahlar bizim üçün bir məna kəsb etmir, çünki gücümüz onlardan çox-çox üstündür. Ancaq bunun gizli işğal anlamına gəldiyini xatırladırıq”.

Ərdoğan çıxışının Yunanıstanla əlaqəli hissəsində bunları da qeyd edib:

"Amerika və Avropadan gələn dəstəyin sizi xilas edəcəyini düşünürsünüz? Bu dəstək bəs deyil. Bu sadəcə sizi arxadan itələməyə bənzəyir. Başqa heç bir məna ifadə etmir”.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis prezident Ərdoğan və rəsmi Ankaranın Yunanıstana ünvanladığı sərt sözlərə cavab verib.

"Beynəlxalq hüququn gücü, Silahlı Qüvvələrimizin sayıqlığı və müttəfiqlərimizin dəstəyi ilə mövqeyimiz aydın və inamlıdır”.

Qeyd edək ki, hadisələrin bu formada inkişaf etməsinə səbəb kimi Prezident Ərdoğanın keçən həftə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı Yunanıstanı sərt tənqid etməsi göstərilir. Daha sonra bölgədə gərginlik artmış, Yunanıstan Türkiyəyə yaxın bəzi adaları silahlandırmağa başlamışdı.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az