Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq müşaviri, təqaüddə olan diplomat Turqut Ər “Azadlıqdan tiranlığa” kitabında yer alan bir məqama düzəliş edib.
AMİP-in mətbuat xidmətindən verilən xəbərə görə, kitabda 1993-cü ilin aprel ayında Moskvada keçmiş prezident Əbülfəz Elçibəy iqtidarını devirməyə yönəlik toplantıda Etibar Məmmədovun da iştirak etdiyi əksini tapıb. Ancaq müəllif bu istiqamətdə araşdırmalarını davam etdirərkən bunun doğru məlumat olmadığını aşkarlayıb.
Bununla bağlı məyusluğunu ifadə edən Turqut Ər “Azadlıq” qəzetinə bunları deyib: “2010-cu ildə nəşr olunan “Azadlıqdan tiranlığa” kitabımda bir sənədə yer verdim.
Bu sənəddə Azərbaycan xalqının səsi ilə demokratik qaydada prezident seçilən Əbülfəz Elçibəy iqtidarını devirmək üçün 1993-cü ilin aprelində Moskvada bir yığıncaq keçirildiyi yer alır. Bu yığıncaqda iştirak edənlərin içində Milli İstiqlal Partiyasının o zamankı sədri Etibar Məmmədovun da olduğu kitabda əksini tapıb. Kitab nəşr olunduqdan sonra apardığım araşdırmalar zamanı isə Etibar Məmmədovun o toplantıya qatılmadığını müəyyən etdim.
O məlumatın kitabda yer alması bir tərcümə səhvindən qaynaqlanıb. Amma o toplantı olub və orada iştirak edənlər barədə kitabda adı çəkilən başqaları ilə bağlı məqam doğrudur. Buraxılan səhvə görə Etibar Məmmədovdan üzr istəyir və bunu səhv məlumat almasını istəmədiyim Azərbaycan xalqının diqqətinə çatdırıram”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR