Ukrayna Ali Radasının spikeri Vladimir Qroysman Vladimir Putin də daxil olmaqla, 35 rusiyalı məmurdan ibarət sanksiya siyahısını təsdiqləyib.
Vətəninfo.az-ın məlumatına görə, Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ali Radanın qərarı tövsiyə xarakteri daşıyır və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsi tərərfindən təsdiqlənməlidir. Sanksiya siyahısı Ali Radanın deputatı və hazırda Rusiya həbsxanasında saxlanılan təyyarə pilotu Nadejda Savçenkonun qanunsuz həbsində məsuliyyəti olan şəxslərdən ibarətdir. Siyahıda Rusiya prezidenti Vladimir Putin, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Rusiya Prezident Administrasiyası rəhbərinin 1-ci müavini Vyaçeslav Volodin, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin və prezidentin köməkçisi Vladislav Surkovdan və s.daxildir.
Personal sanksiyalar Luqansk separatçılarının lideri İqor Plotnistkiyə, Rusiya Dumasının deputatı Aleksey Puşkova və spiker Serhey Narışkinə də şamil ediləcək. Amma həmin sanksiya və məhdudiyyətlərin nədən ibarət olması barədə Ukrayna tərəfi açıqlama vermir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR