Rusiyada yenə bomba həyəcanı - 400 nəfər təxliyə olundu

Rusiyada yenə bomba həyəcanı - 400 nəfər təxliyə olundu
Rusiyanın Lipetsk şəhərində anonim zəngdən sonra texnikum binası təxliyə edilib.

Trend-in məlumatına görə, texnikuma bomba qoyulması barədə zəngdən sonra axtarışlar aparılıb.
Binadan 400-ə yaxın adam çıxarılıb.
Qeyd edək ki, Lipetsk şəhərində ötən həftə anonim zənglərlə əlaqədar 70 obyekt təxlıiyə olunmuşdu.
Ümumiyyətlə, Rusiyada anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb. Bugünədək 170 şəhərdə 1 milyondan çox adam təxliyə olunub. Anonim zənglərdəki təhdidlərin heç biri öz təsdiqini tapmayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az