Daxili İşlər Naziri Ramil Usubov ötən gün Nardaranda baş verən hadisələrə münasibət bildirib.
Vizual.az AzVision.az-a istinadən xəbər verir ki, nazir hadisənin təfərrüatı ilə bağlı rəsmi qurumların məlumat yaydığı diqqətə çatdırıb.
"Hadisə baş verəndən sonra rəsmi qurumlar cəmiyyətə məlumat verib. Aidiyyatı qurumlar rəsmi açıqlama yayaraq hadisənin təfərrüatlarını ictimaiyyətə açıqladı. Odur ki, bundan başqa əlavə məlumat verilməyəcək”-deyə Ramil Usubov vurğulayıb.
Qeyd edək ki, ötən gün Nardaranda baş verən silahlı insident zamanı həlak olan polis əməkdaşları Nəsibov Vüqar Eyyub oğlu və Tağıyev İsmayıl Rəsul oğlunun II Fəxri Xiyabanda dəfn mərasimi keçirilir. Dəfn mərasimində Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov, Milli Təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, Daxili İşlər Naziri Ramil Usubov, Baş Prokurorun müavini Rüstəm Usubov, daxili işlər nazirinin müavini Vilayət Eyvazov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi, general-mayor Yaşar Əliyev və yüksək rütbəli polis zabitləri iştirak edirlər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL