Vətəninfo.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqton şəhərində marihuanadan istifadə qanuniləşdirilib. Ötən noyabr ayında keçirilən referenduma əsasən çıxarılan yeni qanun cümə axşamı günü gecə yarısı qüvvəyə minib.
Qanun 21 yaşından yuxarı şəxslərə marihuana çəkmək, saxlamaq və az miqdarda yetişdirilmək hüququ bəxş edir. Lakin marihuananın ictimai yerlərdə çəkilməsi, alışı və satışı hələ də yasaqdır.
Vaşinqton mahalı bu qərarı verməklə Alyaska, Kolorado və Vaşinqton ştatına qoşulmuş olur. Lakin paytaxt hökumətinin nəzarəti bu 3 ştatdan fərqli olaraq Konqresin əlindədir.
Respublikaçı konqresmen Ceyson Şaffets Vaşinqton meri Murel Bouzerə qanunun qüvvəyə mindiyi təqdirdə onun həbs ediləcəyi barədə xəbərdarlıq vermişdi. Lakin mer buna əhəmiyyət vermədən qanunun planlaşdırıldığı şəkildə həyata tətbiq ediləcəyini deyib.
ABŞ-ın Nümayəndələr Palatasında paytaxtın məsrəflərinə dair qanun təsdiq edilsə də, orada marihuana qanunun xərcləri nəzərdə tutulmur.
Hüquq məsələləri üzrə ekspertlər merin həbs ediləcəyini düşünmədiklərini,lakin Konqresin şəhərə qarşı cəzalandırıcı ölçülər götürməsinin mümkün olduğunu deyir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR