Bu gün Müsavat Məclisinin toplantısında Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması məsələsi qaldırılıb.
Vətəninfo.az-ın apa-ya istinadən verdiyi məlumata görə, Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı bildirib ki, Vurğun Əyyub mətbuata açıqlamasında özünü Məclis üzvü hesab etmədiyini və toplantılarına qatılmayacağını bəyan edib.
O, V. Əyyubun Məclis üzvlüyündən çıxarılmasını səsverməyə qoymağı təklif edib.
Müsavat başqanının müavini Elman Fəttah isə qeyd edib ki, V. Əyyubun Məclis üzvlüyündən çıxarılması səs verməyə qoyulmalı deyil, çünki artıq bu istefadır və Məclis üzvləri tərəfindən təsdiq olunmalıdır.
Qadınlar Birliyinin sədri Ellada Məmmədli isə V. Əyyubun Məclis üzvlüyündən çıxarılması ilə razılaşmayaraq, qeyd edib ki, mətbuatdakı açıqlamalar əsas götürülməməlidir.
Sabiq başqan İsa Qəmbər isə qeyd edib ki, V. Əyyubun məsələsi çox uzanır: “Heç bir səsverməyə ehtiyac görmürəm. Vurğun Əyyub bizim köhnə dostumuzdur və ona qarşı belə hörmətsizliyi qəbul etmirəm. Ancaq Vurğun Əyyub öz qərarını verib ki, özünü Məclis üzvü hesab etmir. Mən təklif edirəm ki, bu məsələ səsverməyə qoyulmasın. Çünki özünü Məclis üzvü hesab etməyən şəxsin adı üzvlük siyahısından çıxarılmalıdır, heç bir səsverməyə ehtiyac da görmürəm”.
Təkli nəzərə alınaraq, V. Əyyubun adı Məclis üzvlüyündən çıxarılıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR