Xalq artistinin konsertində terror hazırlığı
Tutulan İŞİD-çıların baş tutmayan planları
Rusiyanın xalq artisti Filipp Kirkorovun konsertində terror hazırlığının üstü açılıb. İstiPress-in Rusiya mətbuataına istinadla verdiyi məlumata görə, İŞİD terror təşkilatının Mahaçqaladakı üzvləri iyulun 6-da müğənninin Dağıstanda verdiyi konsert zamanı salonda partlayış törətmək istəyiblərmiş.
Terror planları həmin gün alınmadıqda dəstə üzvi 30 yaşlı Habibulla Halduzov digər iki şəxsə - Samir İbrahimov və Xıdırnəbi Halduzova şəhər parkına gedərək orada polisə hücum etməyi, silahlarını alaraq qaçmağı təklif edib.
Bundan sonra hər iki şəxs üzərlərində bıçaq və çəkiclə parka gediblər. Lakin ətrafda insanlar çox olduğu üçün əməllərini həyata keçirə bilməyiblər.
Konserti qana bulamaq və polislərə hücum planları alınmayan terrorçular oktyabrın 14-də həyata keçirilən əməliyyat zamanı yaxalanıblar. Ümumilikdə 4 nəfər saxlanılıb. Onların hamısının dağıstanlı olduğu bildirilir. İŞİD-la əlaqədə olmaqda şübhəli bilinənlər tikintilərdə çalışıblar.
Miq.az