Yaponiyanın şimal-şərqində yerləşən İvate prefekturasının sahillərində 70 santimetr hündürlüyündə sunami dalğaları qeydə alınıb. Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Xəbər verdiyimiz kimi, sentyabrın 17-də Çilidə 8,4 bal gücündə zəlzələ baş verib. Çili Milli Fövqəladə Hallar Xidməti 4,5 metr hündürlüyündə sunami dalğalarının Kokimbo şəhərinə çatması barədə məlumat yayıb. İndiyədək beş nəfərin həlak olması barədə rəsmi məlumat var. Bir milyondan artıq insan isə təxliyyə olunub.
Yaponiya Meteorologiya İdarəsi həmin zəlzələdən sonra sunami xəbərdarlığı yayıb. Təqribən səhər saat 6:00 radələrində kiçik sunami dalğaları cənubda yerləşən Okinava prefekturasının sahillərinə çatıb. Tokionun şimalında yerləşən İvate prefekturasında bu dalğalar 30 santimetr, Hokkaydoda isə 10 santimetr hündürlüyündə olub.
Birinciyə nisbətən daha böyük olan ikinci dalğa təqribən 3 saat sonra İvate sahillərinə çatıb və onun hündürlüyü 70 santimetrə qalxıb. Meteoroloqların bildirdiyinə görə, növbəti dalğalar daha hündür ola bilər və buna görə də həyəcan siqnalı tam ləğv olunanadək dənizə yaxınlaşmaq təhlükəlidir.
AZƏRTAC
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL