«Ölkəmizdə siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi vacib və zəruri məsələdir. Bu baxımdan, «Siyasi partiyalar haqqında» yeni qanunun qəbul edilməsi ciddi rol oynaya bilər. Sənəd partiyaların fəaliyyətində müsbət təsirini göstərəcək». “vətəninfo.az”ın məlumatına görə, bu açıqlama ilə Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı çıxış edib.
F.Ağamalı bildirib ki, 1992-ci ildə qəbul edilmiş bu qanun indiki reallıqlara cavab vermir. Bu baxımdan, bu qanunun təkmilləşdirilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir. Onun sözlərinə görə, Milli Məclisdə təmsil olunan bütün partiyalar həmin sənədin yeniləşdirilməsinin tərəfdarıdır.
«Azərbaycan müvafiq qanunları ekspertizadan keçmək üçün beynəlxalq təşkilatlara göndərir ki, bu da əhəmiyyətlidir. Çünki qanunlarımız Avropa standartlarına uyğunlaşdırılır. Bu baxımdan, müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Fikrimcə, yeni sənədin qəbulu ilə siyasi partiyaların formalaşmasında və inkişafında yeni bir mərhələ başlayacaq»- deyə, F.Ağamalı vurğulayıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR