Elektrik enerjisinin qiymətinin artırılması ilə razılaşmayanlar yenidən Yerevandakı “Azadlıq” meydanına toplaşıblar. Vətəninfo.az məlumat verir ki, Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, paytaxtdakı marşal Baqramyan prospektində hərəkət dayandırılıb.
“Soyğunçuluğa yox” təşəbbüs qrupunun üzvləri onların əvvəl saxlanılan tərəfdarlarının artıq azadlığa buraxıldıqlarını və tezliklə aksiya iştirakçılarına qoşulacaqları haqda xəbər verib. Onlar qeyd ediblər ki, etiraz formasından asılı olmayaraq, dinc xarakter daşıyacaq və nə hakimiyyət, nə də polis əleyhinə yönələcək: “Bizim tələbimiz dəyişməzdir – elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı qərarı ləğv etmək və əvvəlki qiymətə yenidən baxmaq”.
Digər məlumata görə, nümayişçilər yenə də Baqramyan prospektinə hərəkət etməklə Prezident Rezidensiyasına yaxınlaşmağa cəhd etsələr də, yarı yoldan qaytarılıblar.Təşkilatçılar bu qərarın səbəbini izah edərkən deyiblər ki, məqsəd meydanda bütün tərəfdarları gözləmək, yalnız yekdil şəkildə Prezident Rezidensiyasına doğru hərəkət etməkdir.
Aksiyada 5 minə yaxın adamın iştirak etdiyi bildirilir. Ancaq getdikcə sayları artır. Coxsaylı polis qüvvələri isə tələsik Baqramyan prospektinə yerləşdirilir.
Xatırladaq ki, iyunun 23-də səhər saatlarında güc tətbiq etməklə dağıdılan aksiyada 237 nəfər saxlanılıb. Qarşıdurmalar zamanı 25 nəfərin xəsarət aldığı bildirilirdi.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL