Zaqatalada dini yığıncağa basqın: 23 nəfər saxlanıldı

Zaqatalada dini yığıncağa basqın: 23 nəfər saxlanıldı
Zaqatalada qanunsuz dini yığıncağın qarşısı alınıb.

Miq.az DİN-ə istinadən xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində noyabrın 26-da Zaqatala rayonunun Əliabad qəsəbəsində qəsəbə sakiniHəmid Şabanovun həyətində olan tikilidə həmyerlisiMehman Ağammədovun Qazaxıstan vətəndaşıTəranə Şabanovavə Gürcüstan vətəndaşıAğası Süleymanovla birlikdə qanunla qadağan olunmuş dini təriqətlərdən birini yaymaq məqsədi ilə 23 nəfər qəsəbə sakininin iştirak etdiyi qanunsuz dini yığıncaq təşkil etmələri müəyyənləşib. Onlar saxlanılıb, izahatları alınaraq buraxılıblar.

Baxış zamanı oradan 16 ədəd dini təyinatlı ədəbiyyat aşkarlanıb, ekspertiza edilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az