Zəngilandan Naxçıvana avtomobil yolu salınacaq - Prezidentdən vacib açıqlama + Video

Zəngilandan Naxçıvana avtomobil yolu salınacaq - Prezidentdən vacib açıqlama + Video
"Mincivan qəsəbəsində dəmir yolu stansiyası yerləşib. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışdılar. Relslərin bir hissəsini satmışdılar, bir hissəsindən isə tank əleyhinə istehkam qurmuşdular. Biz yenidən dəmir yolunu çəkəcəyik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən Zəngilan rayonuna səfəri zamanı deyib.

"Bu işlərə start verilib və Horadiz qəsəbəsində bir müdət əvvəl Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşını qoyduq. Bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsi ilə birləşdirəcək.

Əslində Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib, Naxçıvana dəmiryolu açacaq. Həmçinin, avtomobil yolu da açılacaq”, deyə dövlət başçısı bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az