Artıq bir dönəmi arxada qoyan “Məhkumlar”dakı məhkumlar, öz arzularına nail oldular. İndi isə yeni dönəm başlayır. Bu dönəmdə tamaşaçıların marağına səbəb olacaq çox maraqlı hadisələr baş verəcək. Bəs görəsən bu hadisələr hansılardır deyən tamaşaçılarımızın nəzərinə “Məhkumlar”ın 15-ci bölüm anonsunu çatdırırıq :
Çəkilişlərə davam edən və çox ağır qrafiklə işləyən “Məhkumlar” ATV telekanalında hər həftənin 4-cü günü 19:30-da yayımlanır. Şok hadisələrin cərəyanı ilə hər həftə evlərinizin qonağı olan “Məhkumlar” bu həftə daha maraqlı hadisələrlə yaddaşlarınızda qalacaq. Bu gün efirə gedəcək olan “Məhkumlar” bədii teleserialının 15-ci bölümündə Tünzalə və Solmaz arasında insident yaşanacaq. Tünzalə qızı Şəbnəmi Adilə ərə vermək üçün qurduqları planı Solmaza danışacaq.Çünki Tünzalə elə bilirdi ki, Solmaz onları dəstəkləyəcək. Amma hadisələr gözlənilən kimi cərəyan etmir. Serialın digər baş qəhrəmanı Adil Bəhram və Fikrəti susdurmağın yolunu tapır. Onları təhdid edir. Bəhramın ürəyinə Fikrət barədə şübhə taxumu əkməyi bacarır. Digər tərəfdən isə polis də Fikrəti Qadir barədə istintaqa kömək etməsi üçün polis şöbəsinə çağırır. Bir sözlə Fikrət özü demişkən : İşlər çığırından çıxmağa başlayır”. Bəhram və Fikrətin törətdikləri cinayətlərin tək canlı şahidinin sağalması üçün Adil əlindən gələnləri edir. Bu bölümün şok hadisəsi Zərintac nəvəsi olmasını öyrənir. Artıq bunu kimdən, necə öyrənir, reaksiyası necə olur – Bütün bunları bu gün 19:30-da öyrənəcəksiniz. Məhkumlar”ı izləməyi unutmayın.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?