Noyabrın 4-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Vizual.az Baku.ws-ə istinadən xəbər verir ki, tədbirdə yenə də nəqliyyat naziri Ziya Məmmədov iştirak etməyib. Nəqliyyat nazirliyindən yalnız "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr əvəzi Saleh Məmmədov iştirak edib.
Nəqliyyat nazirinin bu dəfə nə səbəbdən yeni yol açılışında iştirak etməməsinin səbəbi bilinmir. Bunun səbəbini Nəqliyyat Nazirliyində də bilən yoxdur. Saytın reportyoru Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovdan soruşub.
"Ziya Məmmədovun həmin tədbirdə iştirak etməməsinin səbəbini bilmirəm. Mən ümumiyyətlə bu barədə danışmaq istəmirəm”, - deyə Namiq Həsənov bildirib.
Qeyd edək ki, ötən ay da yol açılışında nazir Ziya Məmmədov iştirak etmirdi. O zaman qurum bunun səbəbini nazirin məzuniyyətdə olması ilə əsaslandırdı.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL