100 minlik oğurluğa görə 10 İLLİK HƏBS

100 minlik oğurluğa görə 10 İLLİK HƏBS
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və soyğunçuluqda təqsirləndirilən Əli Novruzovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Miq.az-ın  APA-ya istinadən xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Mahir Abbasov çıxış edərək təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqında sübuta yetirildiyini deyib.
Prokuror Ə. Novruzovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Ə. Novruzov Bakıda mənzillərə girərək oğurluq edib. O, zərərçəkmiş şəxslərə ümumilikdə 100 min manatdan çox ziyan vurub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az