"20 ilin həkimləri yeni yaradılan mərkəzdən çıxarılır"


"Prezidentin fərmanı 2 il icra olunmadı"

"2019-cu ilin dekabr ayında ölkə başçısı Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşdirilməsi ilə bağlı fərman imzaladı. Fərmana görə, "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi yaradıldı. Bundan sonra TƏBİB-in sədri Ramin Bayramlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla Valeh Hüseynovu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru təyin etdi. Amma 2021-ci ilə qədər ölkə başçısının fərmanı icra olunmadı".

Bunu "Arqument.az"a Milli Hematologiya və Transfuziologiya Mərkəzində çalışan həkimlər deyiblər.

Onlar bildiriblər ki, ölkə başçısının imzaladığı fərmanın 5.1. bəndi konkret pozulub. 

Həmin bənddə qeyd olunur ki, TƏBİB mərkəzin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etməlidir: 

"Qanköçürmə İnstitutu və Talassemiya Mərkəzi 2019-cu ildə publik hüquqi şəxs statusu alsa da, 2 ildir fərman icra olunmayıb. Əslində, qanunla 2 ay müddətinə sənədlər hazırlanıb ölkə başçısına məruzə olunmalı idi, amma indiyə kimi fərman icra olunmayıb. Halbuki Valeh Hüseynov işçiləri komplekləşdirib yeni publik müəssisə qurmalı idi".

Məlumatda deyilir ki, 2 ildən sonra mərkəzin stajlı işçiləri, peşəkar həkimlər işdən çıxarılır: "İndi başlayıblar fərmanı icra etməyə. Əsassız olaraq hər kəsi işdən çıxarırlar. Təsəvvür edin ki, 20 ilin peşəkar həkimlərini işdən çıxarırlar. Həm də bütün ərizələr Əfsanə adlı bir həkimin sözü ilə məcburi şəkildə alınır. Amma bu həkimlərin hara yerləşdirilməsi də məlum deyil".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az