"Kimlərinsə bu cür təxribatçı əməllərlə Azərbaycanla münasibətlərimizə kölgə salmasına imkan verilməyəcək"
Gürcüstanın baş naziri İrakli Qaribaşvili futbol üzrə Avropa Liqası çərçivəsində keçirilən "Dinamo"(Tbilisi) - "Qəbələ"(Azərbaycan) matçından sonra baş verən hadisə ilə bağlı xüsusi bəyanatla çıxış edib.
Vətəninfo.az məlumat verir ki, APA-nın "Vzqlyad" qəzetinin saytına istinadən yaydığı xəbərə görə, İ. Qaribaşvili Daxili İşlər Nazirliyinə insidenti araşdırmaq barədə tapşırıq verdiyini bildirib.
Baş nazir bəyan edib ki, Azərbaycan dövləti və xalqı ilə strateji münasibətlər onun üçün çox vacibdir: “Gürcüstan hökumətinin rəhbəri kimi qəti şəkildə bildirirəm ki, kimlərinsə bu cür təxribatçı hərəkətlərlə Azərbaycanla dost münasibətlərimizə kölgə salmasına dövlət imkan verməyəcək”.
İ. Qaribaşvili DİN-dən qanunun bütün ciddiyyəti ilə fəaliyyət göstərməyi tələb edib.
Xatırladaq ki, Avropa Liqası çərçivəsində iyunun 2-də "Dinamo" (Tbilisi) və “Qəbələ” komandaları arasında keçirilən oyundan sonra bir qrup yerli fanat Azərbaycan bayrağını təhqir edib. Bundan başqa, oyun zamanı onlar stadiondan Azərbaycan ərazisinin bir hissəsini Gürcüstan ərazisi kimi göstərən banner asıblar. Daha sonra polisin müdaxiləsi ilə banner yığışdırılıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL