Rauf Mirqədirovun həbs müddəti uzadıldı

Rauf Mirqədirovun həbs müddəti uzadıldı
Jurnalist Rauf Mirqədirovun həbs müddəti uzadılıb.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə jurnalistin vəkili Elmar Süleymanov bildirib. Onun sözlərinə görə, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Azər Paşayev R.Mirqədirov barəsində seçilmiş həbs -qətimkan tədbirinin müddətinin noyabrın 16-dək uzadılması barədə qərar qəbul edib.
"Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov 2014-cü ilin aprelində Türkiyədə saxlanılaraq, Azərbaycana deportasiya olunub. Cinayət Məcəlləsinin 274-cü maddəsinə  (dövlətə xəyatnət) əsasən, ona ittiha irəli sürülüb.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az