Cəbhə xəttindən...
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin
müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin
iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs
rejimini ümumilikdə 133 dəfə pozub.
Vətəninfo.az nazirliyin saytına istinadla xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində
yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən
mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər
rayonunun Göyarx, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Şıxlar, Mərzili,
Cəvahirli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Yusifcanlı, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı
Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili
kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və
Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq
düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 183 atəş zərbəsi
endirib.