Cəbhədən...
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin
müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 92
dəfə pozub.
Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər
rayonunun Çiləbürt, Qızıloba, Göyarx, Ağdam rayonunun Sarıcalı,
Kəngərli, Şıxlar, Novruzlu, Şuraabad, Cəvahirli, Mərzili, Qaraqaşlı,
Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz,
Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Qaraxanbəyli, Cəbrayıl
rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd,
Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq
düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 92 dəfə atəş
zərbəsi endirib.