Bakıda ahıl qadınları qarət edən Salyan sakini 6 il cəza alıb- (FOTO)
Bakı Ağır Cinayətlər Məhkəməsində Salyan rayon sakini Ramin Səfərovun CM-nin 180.2.2-ci (soyğunçuluq, təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Miq.az-ın məlumatına görə, bu ilin fevral ayında Nəsimi RPİ və 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Ramin Səfərovu yaxalayıblar. Araşdırma zamanı məlum olub ki, o paytaxtda ahıl qadınlara hücum edərək, onların çantalarındakı pu kisələrini soyğunçuluq yolu ilə ələ keçirib. O, ümumilikdə 3 cinayət epizodu törədib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum olunub.
Miq.Az