Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidməti bölüyünə yeni komandir təyin edib.
Miq.Az-ın əldə etdiyi məlumata görə, nazirin əmri ilə polis mayoru Fəqan İsmayılov Şəmkir rayon DYPB-nin rəisi vəzifəsindən azad olunaraq Sumqayıt şəhər DYPŞ-in YPX bölməsinə komandir təyin olunub. Əvvəlki komandir Vüqar Qasımov isə nazirin əmri ilə sərəncama göndərilib.
Miq.Az