Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Miq.az xəbər verir ki, sərəncam Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır

Sərəncama əsasən, Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılacaq.

Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

Eyni zamanda Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az